CƏMİYYƏT


Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakının Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.

Bunu AZƏRTAC-a xidmətin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12 757 manat məbləğində cərimə olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.