CƏMİYYƏT


Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırılıblar

Bakı, 21 oktyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış 4 çobanaldadan quşu aşkar edilərək götürülüb: “Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Raşed Qareeb Raşed Darviş Almansoori, İbrahim Qareeb Raşed Darviş Almansoori, Mohamed Raşed Qareeb Raşed Almansoori olduğu müəyyən edilib və hər biri 2 min manat məbləğində cərimələnib”.

Xidmət rəsmisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.