CƏMİYYƏT
Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar və aksesuarlar aşkarlanıb
Bakı, 13 mart, AZƏRTAC
Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar və onların aksesuarları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd “Samsung Galaxy J3 6”, 5 ədəd “Samsung Galaxy J3”, 1 ədəd “Samsung Galaxy J3 Pro”, 1 ədəd “Homtom” markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd “qulaqcıq” aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.