İDMAN


“Qarabağ” – “Makkabi” oyunun birinci hissəsi başa çatıb

Bakı, 3 dekabr, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Makkabi” (İsrail) oyunun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Oyunda hesabı qonaqlar matçın 22-ci dəqiqəsində açıb. Yonatan Koen hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Qoldan sonra irəli atılan ağdamlılar oyunun 37-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Abdulla Zubirin ötürməsindən sonra Xayme Romero adını tabloya yazdırıb.

Qeyd edək ki, bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi ikinci yer uğrunda mübarizə aparan “Makkabi” və Türkiyənin “Sivasspor” klubları üçün əhəmiyyət daşıyır.

Paralel keçən “Sivasspor” - “Vilarreal” oyunda hesab açılmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.