İDMAN


“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək

Bakı, 15 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və Albaniyanın “Partizani” komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları açıqlanıb.

AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

İyulun 17-də “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.