İDMAN


“Qarabağ” səfərdə “Sabah”la oyunda xal itkisi ilə üzləşib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun birinci günün ikinci qarşılaşması “Əlincə Arena”da baş tutub. Premyer Liqasının debütantı “Sabah” doğma azarkeşlər önündə son çempion “Qarabağ”ı qonaq edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı ağdamlılar açıblar. Reynaldo Silva 19-cu dəqiqədə adını tabloya yazdırıb - 0:1. Matçın 72-ci dəqiqəsində “Sabah” oyunda tarazlıq yaradıb. Belə ki, qapıçı ilə bir birini başa düşməyən Bədavi Hüseynov avtoqola imza atıb – 1:1. Matçın 76-cı dəqiqəsində debütant azlıqda qalıb. “Sabah”ın paraqvaylı yarımmüdafiəçisi Erik Ramos ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb.

Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlindəki ikinciliyini qoruyub. “Sabah” isə 21 xalla beşinci yerdə qərarlaşıb. Növbəti turda “Qarabağ” səfərdə “Keşlə” ilə, “Sabah” isə “Neftçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, komandalar arasında ilk dövrədəki qarşılaşmada “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.

Xatırladaq ki, fevralın 24-də saat 16:00-da turnir cədvəlinin hazırkı lideri “Neftçi” klubu “Bakcell Arena”da “Səbail” komandasını qəbul edəcək. Matçın idarə olunması Orxan Məmmədova həvalə edilib. Turun sonuncu və mərkəzi qarşılaşması “Kapital Bank Arena” stadionunda oynanılacaq. “Zirə səfərdə “Sumqayıt”ın qonağı olacaq. Saat 18:30-da start götürəcək oyunda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.