İDMAN


“Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanov: Çətin oyun oldu

Bakı, 4 dekabr, AZƏRTAC

Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq.

AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında söyləyib.

O deyib: “Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.