ELM VƏ TƏHSİL


“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir

Bakı, 30 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Mehdi Mehdizadədir. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu vardır. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.

Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.