MƏDƏNİYYƏT


Qaraçay xalqının deportasiyası haqqında filmin premyerası olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illərində qaraçay xalqının deportasiyası haqqında “Unudulmağa məhkum olunmuşlar” sənədli filminin premyerası olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmin nümayişindən əvvəl deportasiya illərində həlak olanların ruhuna dua oxunub. Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Hacı Berdiyev deyib: “Əzab-əziyyət, həlak olanlar dedikcə çox olub. Gəlin Orta Asiya torpağına tapşırılanların hamısının ruhuna dua oxuyaq”.

Layihənin ideya müəllifi və rəhbəri Marat Durayev deyib: “Bu filmin çəkilişlərinə başlayanda təkcə xalqımızın tarixinin faciəli səhifələrindən danışmaq istəmirdik. Biz deportasiyanı yaşamış, övladlarının, doğmalarının və yaxınlarının ölümünü görmüş, lakin insaniyyətlərini itirməmiş böyük ürəkli insanları göstərmək, onlardan söhbət açmaq istəmişik. Üzləşdikləri bütün məşəqqətlərə baxmayaraq onların ürəyi daşlaşmadı. Onlar bizim hamımıza və gələcək nəsillərə bir örnəkdir. Necə yaşamaq, insanlarla, qonşularla və xalqlarla necə dostluq etmək barədə örnəkdir”.

Filmdə qaraçay, balkar və çeçen xalqlarının deportasiya olunmuş nümayəndələri ilə müsahibələr, tarixçilərin şərhləri, köçürülmə səhnələri, habelə folklor ansambllarının çıxışlarından fraqmentlər təqdim olunub. Film faciəli dövrün tam mənzərəsini – vətən həsrəti ilə çırpınan bir xalqın doğma diyara qayıtmaq arzusu ilə necə alışıb yandığını canlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.