CƏMİYYƏT
Qaradağda avtobus drenaj xəttinə düşüb
Bakı, 23 sentyabr, AZƏRTAC
Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. BNA tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]