İQTİSADİYYAT


Qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün maşın-mexanizm və texnika cəlb olunub

Bakı, 24 fevral, AZƏRTAC

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, günboyu Bakı şəhərində AAYDA-nın xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib. Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülüb.

AAYDA tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.