ELM VƏ TƏHSİL
Qax Peşə Liseyində payızlıq buğda və qarğıdalının istehsal texnologiyası ilə bağlı keçirilən təlim başa çatıb
Bakı, 22 noyabr, AZƏRTAC
“Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təliminin yaradılması” pilot layihəsi çərçivəsində Qax Peşə Liseyində "Payızlıq buğda və qarğıdalının istehsal texnologiyası" mövzusunda keçirilən təlim başa çatıb.
Peşə Liseyindən AZƏRTAC-a bildirilib ki, noybrın 20-də start verilən təlim yerli mütəxəssislərin ixtisasının artırılması məqsədilə təşkil olunub.
Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.