CƏMİYYƏT


Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi məsuliyyətə cəlb edilib

Qax, 20 iyul, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində yerləşən “Qafqaz” şadlıq sarayında karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, icazə verilən saydan artıq qonağın iştirakı, eləcə onların bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyənləşib. Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Qasım Rəcəbov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.