REGİONLAR


Qaxda vətəndaşların təhsil sahəsində işlə təmin olunma, dərs yükü və digər məsələlərlə bağlı müraciətləri dinlənilib

Qax, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Avqustun 18-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Qax şəhərində bu rayonun qeydiyyatında olan sakinləri qəbul edib. Qəbul zamanı 33 vətəndaşın müraciət, şikayət və təklifləri dinlənilib.

Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müraciətlər əsasən işlə təmin olunma, dərs yükü və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.