REGİONLAR


Qaxda yeniyetmə cüdoçuların bölgə birinciliyində 59 idmançı mübarizə aparıb

Qax, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Noyabrın 2-də Qax Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən 2002-2004-cü və 2005-2007-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında şimal-qərb bölgəsi üzrə birinciliyə yekun vurulub.

Rayon gənclər və idman idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, oktyabrın 31-də startı verilən və üç gün davam edən birincilikdə Qax, Zaqatala, Şəki rayonlarını və Mingəçevir şəhərini təmsil edən 59 yeniyetmə idmançı medallar uğrunda mübarizə aparıb.

11 çəki dərəcəsi üzrə keçirilən yarışın yekununda ilk yerləri tutan idmançılar Azərbaycan Cüdo Federasiyasının diplom, medal və hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.