REGİONLAR
Qaxlı gənclər “Əsas həyat bacarıqları” təlimlərinə cəlb olunublar
Qax, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi “Şəxsi inkişaf” təlimləri çərçivəsində rayon gəncləri üçün “Əsas həyat bacarıqları” təlimi təşkil edib.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təlim zamanı gənclərə “Empatiya”, “Dinləmə bacarıqları”, “Şəxslərarası effektivlik”, “Mübahisələri həlletmə” və digər mövzular barədə ətraflı məlumat verilib. Təlimin sonunda müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib. Təlim nümayəndəliyin tədbirlər və layihələr üzrə mütəxəssisi Şahid Şahmalıyev tərəfindən keçirilib.
Elmir Həşimlinin sözlərinə görə, iki ay davam edəcək proqram çərçivəsində gənclərə 16 mövzuda təlimlərin keçirilməsi nəzərdə tutulur. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.