CƏMİYYƏT


Qazax rayonunda avtomobildə 120 min 288 ədəd pirotexniki vasitə aşkarlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 1-ci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı sərnişini R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.