REGİONLAR
Qazaxda əkin sahələrinin normal suvarma suyu ilə təmin edilməsi üçün tədbirlər görülür
Qazax, 8 dekabr, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı, məhsuldarlığın daha da artırılması, əkin sahələrinin genişləndirilməsi və yeni torpaqların dövriyyəyə qatılması ilə bağlı tapşırıqları Qazaxda uğurla icra olunur. Rayonda bu sahəyə böyük diqqət və qayğı göstərilir. Təbii ki, kənd təsərrüfatının inkişafı ilk növbədə, bitkinin vaxtında suvarma suyu ilə təmin olunmasından asılıdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qazaxda sudan itkisiz və səmərəli istifadə olunması məqsədilə su kanallarının və arxların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi və ötürücülük gücünün artırılması istiqamətində işlərə başlanılıb. Hazırda ümumi uzunluğu 268 kilometr olan kanal və arxların rayonun Aslanbəyli, Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli kəndlərinin ərazisindən keçən hissəsinin təmizlənməsi işləri aparılır.
Əvvəlcədən aparılmış hazırlıq işləri nəticəsində arxların təmizlənməsi işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.