DÜNYA


Qazaxıstan Prezidentinin Çinə dövlət səfəri başlayıb

Nur-Sultan, 10 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çin Xalq Respublikasına dövlət səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, ölkə başçısının Pekində Qazaxıstan-Çin İş Şurasının 6-cı iclasının açılışında iştirak edəcəyi və Çin Sosial Elmlər Akademiyasında mühazirə oxuyacağı nəzərdə tutulub.

Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Baş Naziri Li Keqianq və digər siyasi və işgüzar dairələrin təmsilçiləri ilə görüşəcək.

Çinə ikigünlük səfəri çərçivəsində Qazaxıstan Prezidenti Hanqzhouya da gedəcək və burada qlobal innovativ məhsulların aparıcı tədarükçüsü olan Hikvisionun fəaliyyəti ilə tanış olacaq. Bundan başqa, o, Alibaba şirkətinin ofisində də olacaq.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.