DÜNYA


Qazaxıstan Türkiyə ilə aviareyslərin azaldılması məsələsini nəzərdən keçirir

Nur-Sultan, 14 aprel, AZƏRTAC

Türkiyədə epidemioloji vəziyyətin pisləşdiyini nəzərə alaraq, Qazaxıstan bu ölkə ilə aviauçuşların sayının azaldılması məsələsini nəzərdən keçirir.

AZƏRTAC inform.kz saytına istinadən xəbər verir ki, bu barədə sanitar-epidemioloji nəzarət komitəsinin sədri Ayjan Yesmaqambetova deyib.

A.Yesmaqambetova bildirib ki, İdarələrarası Komissiyanın iclasında Türkiyə ilə reyslərin sayının azaldılması ilə bağlı təkliflər səsləndirilib və nəzərdən keçirilir. Türkiyədə kifayət qədər mürəkkəb epidemioloji vəziyyət yaranır. Gündəlik yoluxma göstəricisi Qazaxıstanla müayyisədə 5,5 dəfə çoxdur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.