SİYASƏT
Qazaxıstan saytı Ermənistanın hərbi təxribatından bəhs edən informasiyalar yayıb
Nur-Sultan, 14 iyul, AZƏRTAC
Qazaxıstanın “ea-news.kz” saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı haqda informasiya dərc edilib.
AZƏRTAC xəbər verir ki, informasiyada Azərbaycanın Müdafiə Nazirliyinə istinad edilir, düşmənin artilleriya atəşi nəticəsində Azərbaycanın zabit və əsgərlərinin həlak olduğu qeyd olunur.
Həmçinin saytda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın hərbi təxribatı ilə bağlı açıqlamasının tam mətni, eyni zamanda, Azərbaycan XİN-in məsələ ilə bağlı bəyanatı da dərc edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan