İQTİSADİYYAT


Qazaxıstana təşkil edilən ixrac missiyasına 29 şirkətin nümayəndələri daxildir

Bakı, 1 oktyabr, AZƏRTAC

Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilən Azərbaycanın növbəti ixrac missiyasına 29 şirkətin nümayəndələri daxildir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasının ilk günü qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstanın Almatı şəhərində aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verilib, Azərbaycan və Qazaxıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb.

Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyası 30 sentyabr-5 oktyabr tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.