DÜNYA


Qazaxıstanda iki ay ərzində 15,2 milyon ton neft hasil edilib

Astana, 13 mart, AZƏRTAC

Qazaxıstanda cari ilin iki ayı ərzində neft hasilatı 15,2 milyon ton təşkil edib.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, orta hesabla gündə 257,6 min ton neft hasil olunur.

Qazaxıstanda yanvar ayında 8 milyon ton neft istehsal olunub. Fevral ayında Qazaxıstanda neft hasilatı 7,23 milyon ton olub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.