İDMAN


Qazaxıstanda keçiriləcək şahmat üzrə dünya çempionatında iştirakçılar üçün qeydiyyat başlayıb

Bakı, 23 noyabr, AZƏRTAC

Qazaxıstanda keçiriləcək şahmat üzrə dünya çempionatında iştirakçılar üçün qeydiyyata start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.

Nur-sultan şəhərində təşkil ediləcək turnirdə rapid və blits yarışları keçiriləcək. Turnirin rapid yarışlarında kişilər 13, qadınlar isə 11 turda mübarizə aparacaqlar. Blits yarışı isə kişilərdə 21, qadınlarda isə 17 raunddan ibarət olacaq. Turnirlər İsveçrə sistemi üzrə təşkil olunacaq.

Ötən il COVID-19 pandemiyası səbəbindən keçirilməyən dünya çempionatı bu il - dekabrın 25-dən 30-dək baş tutacaq. Dünya çempionatının ümumi mükafat fondu əvvəlki kimi 1 milyon ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionu adına sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.