DÜNYA


Qazaxıstanda koronavirusa yoluxanların sayı 8531-ə çatıb

Nur-Sultan, 25 may, AZƏRTAC

Qazaxıstanda son bir gündə 209 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, son bir gündə ölkədə COVID -19-a yoluxma hallarında 2,5 faiz artım olub.

Bu günə qədər 8531 xəstədə koronavirus infeksiyası qeydə alınıb, 4506 xəstə sağalıb, 35 nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə karantin qaydalarında yumşalma tətbiq edildikdən sonra ötən həftə ərzində Qazaxıstan üzrə 10 mindən çox məişət obyekti yoxlanılıb, 1000-ə yaxın müxtəlif obyektdə karantin sanitariya epidiemolji qaydların pozuntuları aşkar edilib. Bu cür müəssisələrin fəaliyyəti dayandırılıb və inzibati tədbirlər tətbiq edilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.