DÜNYA


Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək VİDEO

Nur-Sultan, 9 aprel, АZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətlə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Prezident Qazaxıstanda növbədənkənar prezident seçkilərinin 2019-cu il iyunun 9-da keçiriləcəyini açıqlayıb.

Ölkə başçısı qeyd edib ki, bu məsələ ilə bağlı Nursultan Nazarbayevlə, Baş nazirlə, parlamentin hər iki palatasının spikerləri ilə məsləhətləşib. Bildirilib ki, bu məsələ, həmçinin Konstitusiya şurası ilə razılaşdırılıb.

Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkiləri haqqında qərarın önəmini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.