CƏMİYYƏT


Qazaxıstanda şaxtadan donaraq xəsarət alanlar var

Astana, 6 fevral, AZƏRTAC

Qazaxıstanda hava şəraiti kəskin dəyişib. Şaxtalı hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində təcili tibbi yardım məntəqələrinə soyuqdan donmuş insanlar gətirilib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Pavlodar şəhərində 8 nəfər şaxtadan donub.

Evsiz - “bomj” həyatı sürən şəxslər üçün xüsusi sığınacaq yeri təşkil edilib. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna olunmur.

Qazaxıstan Hava məlumatı bürosunun yaydığı xəbərə görə, fevralın 6-9-da ölkənin şimal, şərq və mərkəzi hissələrində 40-45 dərəcə şaxta gözlənilir. Sinoptiklər bu qış mövsümünün son illərin ən sərt keçən qışı olacağını bildirirlər.

Bununla əlaqədar müvafiq qurumlar tərəfindən əhaliyə zərurət yaranmayacağı təqdirdə küçələrə çıxmamaq, şəxsi nəqliyyat vasitəsindən istifadə etməmək tövsiyə edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.