ELM VƏ TƏHSİL


Qazaxıstanın Atırau Universitetinin baş müəllimi AzMİU-da təcrübə keçib

Bakı, 12 may, AZƏRTAC

Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin baş müəllimi Dinara Axmurzina iki həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasında tədris və elmi-tədqiqat sahəsində aparılan işlər üzrə təcrübə mübadiləsi keçib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın müdiri professor Məhəbbət Məmmədov və kafedra əməkdaşları qonağa menecment və biznesin iqtisadiyyatı və idarə edilməsi ixtisasları üzrə təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət standartları və tədris planlarına uyğun mütəxəssis hazırlığı istiqamətində universitetdə aparılan işlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, qonaq kafedranın müəssisə və təşkilatlarla təhsil-elm-istehsalat, innovasiya sahəsində həyata keçirdiyi tədbirlər, bağlanmış müqavilələr və onların icrası ilə bağlı məlumatlandırılıb.

Təcrübə mübadiləsi müddətində D.Axmurzina kafedranın dosentləri Elşad Yusifov, Fidan Məmmədova, Ələsgər Əliyev və Aytən Abasovanın mühazirə və məşğələ dərslərində iştirak edib. O, Atırau Universiteti haqqında tələbələrə məlumat verib və universitetlərarası əməkdaşlıq perspektivlərindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.