MƏDƏNİYYƏT


Qazaxıstanın “El Arna” telekanalında Azərbaycan filmləri nümayiş olunacaq VİDEO

Astana, 6 yanvar, AZƏRTAC

Qazaxıstanın “El Arna” televiziya kanalında yanvarın 7-dən başlayaraq bir həftə ərzində hər gün Azərbaycan filmləri nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, milli kinomuzun 120 illiyinə həsr edilən “Azərbaycan kino həftəsi”ndə ən məşhur filmlər qazax dilinə dublyaj olunaraq subtitrlə tamaşaçılara təqdim ediləcək.

Həftə ərzində “El Arna” telekanalında Azərbaycan kinosunun incilərindən olan “Nizami”, “Bir qalanın sirri”, “İsmayıl bəyin mücrüsü”, “Qayınana”, “Arşın mal alan”, “Məhəbbət haqqında dastan”, “Onun böyük ürəyi”, “Ögey Ana”, “Gün keçdi” və başqa filmlər nümayiş olunacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.