CƏMİYYƏT
Qazilərə və şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir
Bakı, 5 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı rayonun şəhid ailələrini və qazilərini daim diqqətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, rayon təşkilatının rəhbərliyi, Qadınlar Şurası və Gənclər Birliyi müxtəlif aksiyalar çərçivəsində şəhid ailələrini və qaziləri ziyarət edir, onların problemlərinin həllinə yardım göstərir və dəstəyini verir.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, sədr müavini Ramin Əhmədov və ƏİPT sədrləri növbəti dəfə qazilərə baş çəkib, dövlətimizin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat verib, ailələrinə kömək göstəriblər. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan Qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payının olduğu qeyd edilib, onlara partiya üzvləri adından təşəkkür bildirilib.
Qazilər dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.