CƏMİYYƏT


Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

Bakı, 5 oktyabr, AZƏRTAC

Tovuz, Qazax, Ağstafa, Göygöl, Goranboy, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonlarında qazlaşdırılmayan 149 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, bu günədək həmin rayonların əhalisi 6 min 834 kubmetr həcmində oduncaqla təmin edilib: “Tovuz rayonu üzrə 1325, Qazax rayonu üzrə 350, Ağstafa rayonu üzrə 320, Göygöl rayonu üzrə 1529, Goranboy rayonu üzrə 856, Gədəbəy rayonu üzrə 1356, Daşkəsən rayonu üzrə 639, Samux rayonu üzrə 137 və Şəmkir rayonu üzrə 322 kubmetr oduncaq tədarük olunub”.

C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.