DÜNYA


“Qazprom”: Ukrayna Avropaya qaz tranziti üçün yalnız bir giriş saxlayıb

Bakı, 11 may, AZƏRTAC

Ukrayna Avropaya qaz tranziti üçün yalnız bir giriş saxlayıb, bu da onun qaz təchizatının etibarlığını xeyli azaldır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, “Qazprom” öz istehlakçıları qarşısında öhdəliklərini tam həcmdə yerinə yetirir, müqavilələrə və operator razılaşmalarına müvafiq qaz tədarük edir. Tranzit üzrə xidmət haqqı tam ödənilib. Bununla yanaşı, Ukraynanın yaratdığı şərait səbəbindən onun ərazisindən qaz tranziti “Qazprom”un bron etdiyi və haqqını ödədiyi həcmdən 34 faiz aşağıdır.

Ukrayna qaz nəqli sisteminin operatoru mayın 11-dən Avropaya “Soxranovka” stansiyası üzərindən qaz tranzitini dayandıracağını elan edib. Buna səbəb olaraq Luqansk vilayətindəki fors-major vəziyyət – kompaniyanın sərhəddəki “Novopskov” kompressor stansiyasına nəzarəti təmin edə bilməməsi göstərilir. Bununla əlaqədar həmin nominasiyada qaz qəbulunun həyata keçirilməyəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.