ELM VƏ TƏHSİL


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 11-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” günü təşkil olunacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə agentliyin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “Gabala Hospitality Group”un İnsan resursları şöbəsinin müdiri Babək Müzəffərov, “Aspi Aqro” MMC-nin direktoru Cahangir Şəfizadə, “Gilan Dairy Farms” MMC-nin Südçülük kompleksinin rəhbəri Vüsal Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, KOB dostu departamentinin Oğuz-Qəbələ rayonları üzrə nümayəndəsi Ruslan Qarayev, “Qafqaz Riverside” hotelinin baş aşpaz köməkçisi Əli Abbasov iştirak edəcək.

Virtual “Açıq qapı” günündə mərkəzdə tədris prosesinin təşkili, məzunların işlə təminatı, işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə olunacaq, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə tanışlığa imkan yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.