REGİONLAR


Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər

Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.