İDMAN


“Qəbələ” klubu UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Bakı, 4 oktyabr, AZƏRTAC

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Təmsilçimiz Çempionlar yolunun birinci mərhələsinin cavab görüşündə Xorvatiyanın “Hayduk” komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Əvvəlcə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin baş məşqçi Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn Xorvatiya klubu (3:0) ikinci mərhələyə yüksəlib. “Qəbələ” isə turnirdə mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.