İDMAN


“Qəbələ” klubu braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziqin transferini reallaşdırıb. İyirmi dörd yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının sonuncu klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan R.Utziq 2018-2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.

Utziq karyerası ərzində “Foz de İquaçu”, “Kaskavel”, “Ypiranqa Ereçim” və “Çianorte”nin də formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.