İDMAN
“Qəbələ” komandası Lüksemburqun “Proqres” klubu ilə oyunun hazırlığını davam etdirir
Bakı, 9 iyul, AZƏRTAC
“Qəbələ” futbol komandası 2018-2019-cu il mövsümünün hazırlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də Vətənə qayıdan “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdiriblər.
İyulun 8-də keçirilən məşqlə “Qəbələ” komandası paytaxtdakı hazırlığı başa vurub.
“Qırmızı-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.
Xatırladaq ki, Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:26]
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]