CƏMİYYƏT


Qəbələ rayonunun Laza kəndində dərəyə sürüşən minik avtomobili təhlükəsiz əraziyə çıxarılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbindən “Toyota” markalı minik avtomobili dərəyə sürüşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, təhlükənin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar FHN-nin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.