REGİONLAR


Qəbələ sakini: Doğma şəhərimizdə yenidən musiqi festivalının keçirilməsindən çox məmnunuq

Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın dilbər guşəsi olan Qəbələdə növbəti Musiqi Festivalı keçirilir. Koronavirus pandemiyası səbəbindən ötən il bu festival keçirilmədi. Festivalımız üçün çox darıxmışdıq. Doğma şəhərimizdə yenidən musiqi festivalının keçirilməsindən çox məmnunuq. Biz hər zaman bu festivallarda iştirak etmişik. Yenə də çoxlu qonağımız var. Musiqi Festivalı Qəbələyə çox yaraşır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qəbələ sakini Təranə Alməmmədova deyib.

Belə festivallar vasitəsi ilə musiqimizin dünyada tanındığını vurğulayan rayon sakini tezliklə işğaldan azad olunmuş rayonlarımızda da musiqi festivallarının, beynəlxalq tədbirlərin keçiriləcəyinə əmin olduğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.