REGİONLAR


Qəbələdə şəhid İqbal Babayevin xatirəsi anılıb

Qəbələ, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də İqbal Babayevdir.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhidin doğum günü ilə əlaqədar icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları İqbal Babayevin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, İqbalın keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.