REGİONLAR


Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

Qəbələ, 23 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Rayonda turizm və idman sahəsinin inkişafı üçün yeni obyektlərin inşası, idarə və təşkilatların əməkdaşlarının iş fəaliyyətinin yaxşılaşdırılması üçün yeni inzibati binaların inşası, insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni iş yerlərinin açılması, eləcə də yaşayış binalarının və yolların təmiri istiqamətində mühüm işlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayon məhkəməsi, kənd təsərrüfatı idarəsi və peşə liseyi üçün yeni inzibati binaların inşasında son tamamlama işləri görülür. Bundan əlavə, Qəbələ Atçılıq Mərkəzi, “Xalça toxuculuğu” müəssisəsinin inşası, şəhərin sel sularından mühafizəsi məqsədi ilə Dəmiraparan çayının kənarında sahilbərkitmə işləri davam etdirilir.

Həmçinin bu günlərdə şəhərin Muxtar Abduyev küçəsindəki 5 beşmərtəbəli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinə, Heydər Əliyev prospektinin və Həzi Aslanov küçəsinin yenidən asfaltlanmasına, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı 2 ikimərtəbəli və bir dördmərtəbəli yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb.

Qeyd edək ki, tikintisi yarımçıq qalan “Qafqaz Aqua Land Hotel”, “Qafqaz Diamond Akvapark”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun, Gömrük Akademiyasının inzibati binasının inşası və şəhərin içməli su və kanalizasiya sisteminin yenidənqurulması işlərinə yaxın vaxtlarda yenidən start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.