İDMAN


“Qəbələ”nin U-19 komandası Almaniyanın “Herta” klubunu qəbul edəcək

Bakı, 7 noyabr, AZƏRTAC

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” II mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşacaqlar. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona həmyerliləri Rustam Matyakubov və Maral Abdikerov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını azərbaycanlı İnqilab Məmmədov yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik, UEFA nümayəndəsi isə monteneqrolu Aleksandra Ana Raspopoviç olacaqlar.

Görüş saat 17:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.