REGİONLAR


Qəbələnin buğda sahələrində orta məhsuldarlıq 33 sentnerdir

Qəbələ, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Bu günədək 19 min 600 hektar zəminin məhsulu biçilib, 64 min 284 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,8 sentnerdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

O bildirib ki, tədarük edilən taxılın 14 min 124 tonu arpa, 50 min 160 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 32,1 sentner, buğda zəmilərində isə 33 sentnerdir. Rayonda hələlik biçilməmiş 600 hektar buğda sahəsi qalır. Arpa sahələrində biçin isə tam başa çatıb.

Qəbələli fermerlər ötənilki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan isə orta hesabla 32,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.