İDMAN


Qədir Hüseynov Kataloniyada yüz faizli nəticə göstərir

Bakı, 16 iyul, AZƏRTAC

Barselonada XX San-Marti Beynəlxalq Şahmat Turniri keçirilir. Turnirin “A” qrupunda 24 ölkədən 120 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın idman şərəfini qoruyan qrossmeyster Qədir Hüseynov həm də turnirin reytinq-favoritidir.

Kataloniyada İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

“A” qrupunda üç turdan sonra Qədir Hüseynov irəlilədir. Həmçinin kubalı şahmatçılar Luis Lazaro Djimenes Aquero, Yasser Perez Kesada, Aleksey Kardoso Fernandes, hindistanlı Quxa Mitraba və Perudan Xose Eduardo Alkantara Martines hərəyə üç xal toplayıblar. On beş şahmatçı liderlərdən yarım xal geri qalır.

Dördüncü tur üçün püşkatmanın nəticələrinə əsasən, Qədir Hüseynov Aleksey Kardoso Fernandeslə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.