Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qələbə əzmi ilə döyüşən və Şuşada ölümsüzlər məqamına ucalan şəhidimiz

Bakı, 2 fevral, AZƏRTAC

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsindən sonra artıq qalib ölkədə yaşayırıq. Qarabağımızın tacı olan Şuşada və işğaldan azad edilən digər rayonlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin ruhu sevinir, məcburi köçkünlərimizin üzü gülür. Bu tarixi Zəfəri xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəxş etdi.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də Böyük Qələbəyə layiqli töhfə verib. Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu bu ölüm-qalım savaşında cəsurluqla vuruşaraq əbədiyyətə qovuşub. Onlardan biri kapitan Babayev Şamil Baloğlan oğludur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının veteranı, ehtiyatda olan kapitan Yalçın Abbasovun “Qələbə əzmi ilə döyüşən və Şuşada ölümsüzlər məqamına ucalan şəhidimiz” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Şamil 1988-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Camaldın kəndində dünyaya göz açıb. Baloğlan Babayevin və Atikə Babayevanın çoxuşaqlı ailəsində böyüyüb, ədəb-ərkanlı, ləyaqətli gənc kimi yetişib. Ata-anasının sonbeşiyi olan Şamil mənəvi dəyərlərimizə, el-obanın adət-ənənələrinə həmişə ehtiramla yanaşıb. Ailədə onu vətənpərvər ruhda tərbiyə ediblər. Böyük qardaşı, Birinci Qarabağ müharibəsi veteranı, vaxtilə xüsusi təyinatlı kimi xidmət etmiş Əli Babayevin Şamilin dünyagörüşünün formalaşmasında rolu az olmayıb. Hələ orta məktəb illərindən Şamildə hərbi xidmətə, hərbçi peşəsinə maraq yaranıb. Bu baxımdan dayısı Ələkbər Qurbanovun keçdiyi təqdirəlayiq hərbi xidmət yolu da gənc üçün əzmkarlıq nümunəsi idi. Qeyd edim ki, Ə.Qurbanov Daxili Qoşunların veteranı və ehtiyatda olan zabitdir.

2006-2007-ci illərdə Ş.Babayev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib.

2010-cu ilin iyulundan etibarən Ş.Babayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qumbaraatan vəzifəsinə təyin edilib. Xidmətdə çalışqanlığı və komandanlığın etimadını doğrultması nəzərə alınaraq, o, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) hərbi təhsil almağa göndərilib. 2012-2014-cü illərdə burada təhsil aldığı dövrdə kursant kimi öz hazırlığı ilə fərqlənib.

Sonra yenidən hərbi xidmətini qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Bu dəfə zabit olaraq minaatan batareyada taqım komandiri vəzifəsinə irəli çəkilib. Ancaq Şamil üçün hərbi xidmətdə əsas məramlardan biri xüsusi təyinatlıların sırasında olmaq idi. Öz bilik və bacarığını məhz xüsusi təyinatlı bölmədə realizə və inkişaf etdirmək istəyirdi. Hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsinə təyin olunması onun ruh yüksəkliyini daha da artırmışdı.

2018-ci ilin fevral-iyun aylarında Şamil Türkiyə Cümhuriyyətinin Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jandarm zabit komando təməl kursu keçib. Bu kursda yiyələndiyi biliklər və qazandığı praktiki təcrübə onun xüsusi təyinatlı kimi peşəkarlıq səviyyəsinin yüksəldilməsində vacib rol oynayıb.

Kursdan sonra “N” saylı hərbi hissədə əvvəlki vəzifəsində xidmət edən Şamil tabeliyindəki şəxsi heyətin də döyüş və mənəvi-psixoloji hazırlığının müasir tələblər səviyyəsində artırılması yönündə öz səylərini əsirgəməyib. Komandir kimi daim onlara xüsusi təyinatlı üçün xas olan keyfiyyətlərin aşılanmasına üstünlük verib. Bununla yanaşı, onunla xidmət edənlər nəcib insani keyfiyyətlərini, şəxsi heyətə qayğıkeşliyini də vurğulayırlar. Heç vaxt silahdaşlarının hansısa probleminə, çətinliyinə laqeyd qalmayıb.

Vətən müharibəsi başlayanadək Şamil “kapitan” hərbi rütbəsinədək yüksəlib. 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı və müxtəlif həvəsləndirmə növləri ilə mükafatlandırılıb. Peşəkar və öz məsləyinə sadiq olan zabit kimi fəaliyyəti onun hərbi karyerasında yüksəlişi üçün tutarlı bünövrə yaratmışdı. Ancaq onu həyatda müqəddəs bir zirvə gözləyirdi...

Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı ildə anadan olmuş Şamil sonradan həmin müharibə haqqında dayısının və böyük qardaşının söhbətlərini dinləmişdi. Həmkəndliləri və qohumları arasında o vaxt şəhid olmuşlar barədə də məlumatı vardı. O, özünü şəhid və qazilərimizin yolunun davamçısı kimi görürdü. Şamil və onun kimi neçə-neçə qeyrətli gəncin Vətən sevgisindən irəli gələn əsas həyat amalı itirdiyimiz torpaqları qan töküb, can verib geri almaq, illərlə acısını çəkdiyimiz bu qəbuledilməz gerçəkliyi dəyişmək idi.

44 gün davam edən Vətən müharibəsində kapitan Ş.Babayev şərəfli döyüş yolu keçib. Füzuli, Qubadlı, Xocavənd rayonları ərazisində və Şuşa şəhəri uğrunda döyüşlərdə şücaət göstərib. Tərkibində vuruşduğu bölmə tərəfindən düşmənin canlı qüvvəsinə və texnikasına ciddi zərbələr vurulub, ermənilərin keçilməz saydığı postlar, atəş nöqtələri darmadağın edilib. İşğalçıya məxsus xeyli silah-sursat, digər döyüşaparma vasitələri qənimət götürülüb. Cəsur zabit bəzi döyüşlər zamanı tabeliyindəki hərbi qulluqçuları düşmənin qurduğu pusqudan çıxarmağı bacarıb, ağır itkilərə uğramaq təhlükəsinin qarşısını alıb.

Şuşa əməliyyatının bizim zəfərimizlə başa çatması üçün bir zabit kimi onun və komandiri olduğu döyüşçülərin də göstərdiyi rəşadət barədə hələ çox danışılacaq və yazılacaq. Bu əməliyyatın bir sıra unikal taktiki xüsusiyyətləri hərbi dərsliklərə yazılacaq. Yüksəklikdə və mürəkkəb relyefə malik ərazidə yerləşən Şuşanın texnikasız, dağ-meşə cığırları ilə yaxınlaşaraq, sıldırım qayalar üzərindən qalxaraq, qətiyyətli həmlə edilməklə işğaldan azad olunması qəhrəmanlıq nümunəsidir.

Kapitan Ş.Babayev 2020-ci il noyabrın 7-də Şuşa şəhərində olduğu mövqenin düşmən tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bədəninin bir neçə nahiyəsindən ağır yaralanıb. Zabitə tibbi yardım göstərilsə də, şəhər və ətrafı atəş altında olduğundan noyabrın 7-8-də hospitala təxliyəsi mümkün olmayıb. Şəhərdə yerləşdirildiyi sığınacaqlar da düşmənin şiddətli atəşinə məruz qalıb. Şamilin aldığı ağır yaralardan vəziyyəti kəskin pisləşib və o, noyabrın 8-də silahdaşlarının yanında dünyasını dəyişib.

Onunla döyüş yoldaşları Sərvət Abdulheyev və Oruc Rüstəmov bildiriblər ki, Şamil bir komandir kimi döyüşlərdə həmişə irəlidə olub, döyüşçüləri də ruhlandırıb. Öz peşəkarlığı sayəsində dəyişən vəziyyət, ərazinin xüsusiyyətləri, düşmənin hərəkətləri nəzərə alınaraq, çevik və düzgün qərarlar qəbul etməyi bacarıb. Qorxmaz zabit dəfələrlə düşmən üzərinə həmlədə xüsusi təyinatlı məharətini göstərib. Belə həmlələr zamanı işğalçıların mövqeləri ələ keçirilib. Bununla yanaşı, Şamil tabeliyindəki döyüşçüləri qorumağa çalışıb, müharibə şəraitində belə, onların ehtiyacları ilə daim maraqlanıb. Silahdaşlarının hər bir ölüm və yaralanma halı onu dərindən sarsıdıb.

Şuşada ağır yaralandıqdan sonra Şamil ölümqabağı kəlmeyi-şəhadətini də söyləyib. Döyüşçülər onun həyatının xilas edilə bilməməsinin üzüntüsünü qəlblərində həmişə yaşayacaqlar.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə kapitan Ş.Babayev ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid haqqında “Komando” adlanan videofilm çəkilib. Şamil evli idi, 6 yaşlı bir oğul yadigarı qalıb, adı Yusifdir. Yusif üçrəngli bayrağımızı sevir, hərbi formaya rəğbətlə yanaşır. Atasının əşyalarına və şəkillərinə kədərlə baxır. Bu əşyalar və şəkillər həyatı boyu onun qəlbində bir nisgil oyadacaq və atasının yoxluğunu xatırladacaq. İnanırıq ki, o, böyüyüb Şamilin adına layiq övlad olacaq, Vətən torpağını göz bəbəyi kimi qoruyacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək