REGİONLAR
Qələbədə pay sahibi olan hər bir xaçmazlı şəhidin adına ağac əkilib VİDEO
Xaçmaz, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
27 sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz şəhərində inşa olunan Zəfər parkında Vətən müharibəsindəki qələbəmizdə pay sahibi olan hər şəhidin adına bir ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Qarabağ qazilərinin iştirakı ilə keçirilən aksiyada Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlardan danışılıb.
Daha sonra anım tədbiri Şəhidlər Xiyabanında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub, Azərbaycanın Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzülüb.
Şəhid ailələri rayon rəhbərliyi ilə görüşü zamanı ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.