İQTİSADİYYAT


Qənaətli istehsal üsulları ilə bağlı təlim keçirilir

Bakı, 1 noyabr, AZƏRTAC

Oktyabrın 31-də İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "Qənaətli istehsal üsulları: resurs səmərəliliyi və auditi" mövzusunda təlim başlayıb.

AZƏRTAC İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, təlim Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icrasına uyğun olaraq təşkil edilib.

"Schneider Electric" şirkətinin mütəxəssisi Enes Akgünün təlimçi olduğu tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktorantlarla yanaşı, "Azerbaijan Engineering and Consulting" MMC-nin, eləcə də özəl sektorun nümayəndələri iştirak edirlər.

Təlim ilin sonunadək davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.