ELM VƏ TƏHSİL


Qənnadıçı-şirniyyatçı ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş biliklər qiymətləndirilib

Bakı, 14 iyul, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən sosial müdafiəyə ehtiyacı olan qadınların qənnadıçı-şirniyyatçı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi məqsədilə praktiki imtahanların ikinci mərhələsi keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, test imtahanı mərhələsindən uğurla keçən 13 nəfər ərizəçinin sözügedən peşə ixtisasının peşə etikası, sahibkarlıq, şəxsi inkişaf və karyera planlaşdırılması modulları üzrə bacarıq və səriştələri qiymətləndirilib.

Onlayn qaydada keçirilən praktiki imtahanlarda Qiymətləndirmə Komissiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi olaraq Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İdarə Heyətinin üzvü Rüfət Əliyarov, ekspert qismində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Hacıyeva Kəmalə və Əliyeva Zərifə cəlb edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.