Qərbi Azərbaycan İcması qısa zamanda regionda diqqəti cəlb edib – Rəy
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
Qərbi Azərbaycan İcması öz fəaliyyəti ilə çox qısa zamanda təkcə ölkə daxilində deyil, həmçinin regionda diqqəti cəlb edib. Prezident İlham Əliyev tərəfindən İcmanın fəaliyyətinə xüsusi diqqətin ayrılması və bu kontekstdə onun fəaliyyətinin genişləndirilməsi də xüsusi vurğulanmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Qərbi Azərbaycan İcmasının əsas prioritetlərindən bəhs edən Vüqar Bayramov bildirib: “Bu İcma Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasını prioritet kimi müəyyənləşdirib. Bu istiqamətdə fəaliyyətlər davam edir. Çox qısa zaman kəsiyində həm sosial mediada, həm regional müstəvidə, həm də beynəlxalq aləmdə kifayət qədər ciddi məlumatlandırma tədbirləri həyata keçirildi və proses davam edir. Ona görə də Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlər artıq regional və beynəlxalq təşkilatlar tərəfindən tanınır, qəbul edilir. Bu da ondan xəbər verir ki, Qayıdış Konsepsiyası qısa zamanda qlobal dəstək qazanıb. Əminliklə söyləmək olar ki, məhz bu istiqamətdə görülən tədbirlər Qərbi azərbaycanlıların daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmalarını təmin edəcək”.
Xəbərin mətnində orfoqrafik səhv var