ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universiteti “Apple” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 3 yanvar, AZƏRTAC

Qərbi Kaspi Universitetində “Apple” şirkətinin nümayəndələrinin tələbələrlə görüşü təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə dünya brendi “Apple” şirkəti və onun məhsulları, iş prinsipləri, dəyərləri, məhsulların proqram təminatları barədə məlumat verilib. Tərəflər arasında razılaşmaya əsasən Qərbi Kaspi Universiteti və “Apple” arasında birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr tələbələrin yeni texnologiyalarla tanışlığı, təcrübə proqramlarında iştirakı və praktik biliklər əldə etməsi, onların işlə təmin olunması baxımından əhəmiyyətli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.